Biləsuvarda “VAZ-2106” “Qazel” ilə toqquşub

10:22 - 6 Noyabr 2016 - HADİSƏ

Biləsuvarda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gün axşam saatlarında Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbə ərazisində qeydə alınıb.
On saylı qəsəbənin Cəbrayıldan olan sakini Fariz Rzaqulu oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil “Qazel” ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “Jiquli”nin sürücüsü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.report

Xəbər xətti