MN: Erməni silahlı bölmələri atəşkəsi pozub

10:17 - 6 Noyabr 2016 - Xəbər

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.
 Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər xətti