Vergilər naziri özünə yeni müşavir təyin etdi

13:02 - 5 Noyabr 2016 - Xəbər

 Azərbaycan vergilər naziri Fazil Məmmədov Natiq Telman oğlu Şirinovu özünə müşavir təyin edib. Vergilər Nazirliyinin saytında verilmiş məlumata görə, o, bu vəzifədə İlqar İsmayıl oğlu Əhmədovu əvəz edib.
Hazırda nazirin daha 9 müşaviri var. Bunlar Ələkbər Comərd oğlu Məmmədov, Riyad Zakir oğlu Hüseynov, Habil Amil oğlu Məmmədov, İlham Əli oğlu Əmirəliyev, Taryel Aydın oğlu Quliyev, Elçin Fərrux oğlu Məmmədov, Rəşad Vaqif oğluHəbibov, Firuz Akif oğlu Həsənov, Əflatun Məsim oğlu Məmmədovdur. 

Xəbər xətti