"Günəşli" yatağındakı neftçilər təxliyyə olunub- zəlzələ həyəcanı

12:49 - 5 Noyabr 2016 - Xəbər

 Noyabrın 4-də, saat 23:00 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib. SOCAR-dan verilən məlumata görə, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub. İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə edilib. Hadisə yerində ekspertlər texniki müayinə aparıb, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmayıb. Hazırda ərazidə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.
Xatırladaq ki, ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə qəza baş verib.

Xəbər xətti