Gömrükdə psixotrop maddə aşkar edilib

11:19 - 5 Noyabr 2016 - Xəbər

 Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycanaa gələn qonşu ölkə vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib. DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, yoxlanma zamanı avtomobilin kabinəsində üzərində “XANAX 0,5 mg ALPRAZOLAM ” sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib.

Xatırladaq ki, alprazolam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir. Aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti