Betonqarışdıran avtomobil yoldan çıxaraq aşdı - Şirvanda

15:46 - 4 Noyabr 2016 - HADİSƏ

Şirvanda betonqarışdıran avtomobil yoldan çıxaraq aşıb. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şirvan-Sabirabad yolu istiqamətində qeydə alınıb. Tikinti şirkətlərindən birinə məxsus olan “Iveco” markalı, 90 JZ 202 dövlət nömrə nişanlı avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan olmasa da, şirkətə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti