Sürücülər diqqətli olun: Cərimələnə bilərsiz

13:56 - 4 Noyabr 2016 - Cəmiyyət

Kağız şəhadətnaməsi olmayan sürücülər 50 manat cərimə oluna bilər


Noyabrın 1- dən etibarən avtomobillərin icbari sığortası yalnız onlayn formada bağlanır. “Yol hərəkəti haqqında” qanunun 37 -ci maddəsinədə isə deyilir ki, sürücü yol polisinə sığorta şəhadətnaməsini kağız formada təqdim etməlidir. Bu ziddiyət sürücülərin cərimələnməsinə səbəb ola bilər. Hazırda yol polisləri, avtomobillərin sığorta olunub-olunmadığını bortkompüterdə görə bilmədiyindən kağız şəhadətnaməsi olmayan sürücülər 50 manat cərimə oluna bilər. Amma həmin forma da adi kağızda olduqu üçün kompüterdən istifadə etməyi bacaranlar onun saxtasını asanlıqla düzəldə bilər. Əgər yol polisi bu haldan şübhələnərsə və yaxud sürücü ümumiyyətlə kağız formada sənədi yoxdursa bu halda da cərimələnə bilər.
Baş DYPİ-nin şöbə rəisi Kamran Əliyev bildirir ki, icbari sığorta bürosu sisteminin yol polisinin sisteminə inteqrasiya edilməsi üçün hazırlıqlar gedir və qısa zamanda bu proses həyata keçiriləcək. Bundan sonra isə sürücülərin kağız formada şəhadətnamə gəzdirməsinə ehtiyac qalmayacaq. Bu zaman avtomobilini sığorta etdirməyən sürücülər elektron avadanlıqlar vasitəsi ilə müəyyən edilərək cərimələnəcək.
Sığorta olmadan avtomobili idarə etməyin cəriməsi isə 50 manatdır , bununla bağlı prooakol isə 20 gündən bir tətbiq edilə bilər.

Xəbər xətti