Minik avtomobili yük maşını ilə toqquşdu - Bakıda

12:28 - 4 Noyabr 2016 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 3-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Tapdıq Kamalov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanmış Culfa rayon sakini Əbülfəz Məmmədova məxsus "Shacman" markalı avtomobilə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Kamalov orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti