Bakıda avtomobil oğurlayan 19 yaşlı qız saxlanıldı

12:16 - 4 Noyabr 2016 - Xəbər

Bakıda avtomobil oğurlamış 19 yaşlı qız saxlanılıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobil qaçırılıb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb.
Avtomobili idarə edən Bakı şəhər sakini 19 yaşlı Aygün Hüseynova və avtomobil 15-ci PB-yə təhvil verilib.

Xəbər xətti