"Mercedes" yandı - Gəncədə

11:47 - 4 Noyabr 2016 - HADİSƏ

Gəncədə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Gəncə şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti