DİN terrorçuları vətəndaşlıqdan məhrum etməyi təklif edib - Almaniya

11:13 - 4 Noyabr 2016 - Xəbər

Ölkə xaricində terror fəaliyyətinə cəlb edilmiş Almaniya vətəndaşları gələcəkdə vətəndaşlıqdan məhrum edilə bilər. "TASS" xəbər verir ki, müvafiq qanun layihəsi Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb.

Ölkə konstitusiyasına əsasən, yalnız iki - Almaniya və başqa hansısa ölkənin pasportu olanları vətəndaşlıqdan məhrum etmək mümkündür. Qanun layihəsi ilk növbədə eyni zamanda Suriya və ya İraq vətəndaşı olan və adları çəkilən ölkələrə gedərək terror qruplaşmalarının tərkibində hərbi əməliyyatlarda iştirak edən almanlara qarşı yönəlib.

Almaniya hüquq-mühafizə orqanları terror qruplaşmalarının tərkibində döyüşmək üçün Orta və Yaxın Şərqə gedən 870 nəfəri müəyyənləşdirib. Onlardan təxminən 100 nəfəri ikili vətəndaşlığa malikdir.

Xəbər xətti