Azərbaycanda yolu bağlayan qaya partladıldı - VİDEO

17:37 - 3 Noyabr 2016 - Xəbər

Lerik-Kəlvəz-Göydərə yolunda qaya parçası partladılandan sonra hərəkət bərpa edilib

Bir-neçə gün bundan öncə Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş vermişdi. Nəticədə yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olmuşdu. Dərhal əraziyə "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunaraq yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunmuşdu. Yolun bir hissəsinə isə böyük qaya parçası düşdüyündən texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmamışdı. Bu səbəbdən də qaya parçasının partladılaraq kənarlaşdırılması barədə qərar qəbul olunmuşdu. ASC-dən ucnoqta.az-a verilən məlumata görə, bu gün qaya parçası “Azəravtoyol” ASC-nin Xüsusi Təyinatlı idarəsi tərəfindən partladıldıqdan sonra yolun tam olaraq təmizlənməsi təmin olunub.

 

Elməddin MURADLI

Xəbər xətti