Ucarda 2 yaşlı oğlan qaynar su qazanına düşüb

16:46 - 3 Noyabr 2016 - HADİSƏ

Ucarda azyaşlı qaynar su qazanına düşərək yanıb. APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Məlikballı kəndində baş verib. Nəzarətsiz qalan 2014-cü il təvəllüdlü Turan Xəzər oğlu Vəlizadə qazana düşüb. Ağır yanıq xəsarəti alan azyaşlı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. 
Vəziyyəti ağır olduğundan müalicə məqsədi ilə paytaxta göndərilib.  

Xəbər xətti