“ADY”nın vəzifəli əməkdaşına qarşı 90 minlik DƏLƏDUZLUQ

16:46 - 3 Noyabr 2016 - HADİSƏ

Bakıda vəzifəli şəxsə qarşı külli məbləğdə dələduzluq edilib. Hüsaməddin Məlikov adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2009-cu ilin aprel ayında Bakı şəhər sakinləri Yaşar və Əlisafa adlı şəxslər onu aldadaraq 90 000 manat alıblar. O, şikayət ərizəsində ötən 7 il müddətində pulunu ala bilmədiyini vurğulayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
H.Məlikov “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük və kommersiya şöbəsində yüksək vəzifə tutur.
Ucnoqta.az xəbər verir ki, bu barədə QSC-nin mətbuat katibi Nadir Əzməmmədov “Report”a açıqlamasında H.Məlikovun bu qurumda işlədiyini təsdiqləyib. Lakin o, QSC-nin vəzifəli şəxsinə qarşı dələduzluq edilməsindən xəbərsiz olduğunu bildirib.

Xəbər xətti