Təyyarə istehsalına başlanılır - Geniş fyüzelajlı, uzaq mənzilli təyyarələr

16:14 - 3 Noyabr 2016 - Xəbər

Rusiya və Çin müştərək təyyarə istehsalına başlayır. Ucnoqta.az ölkə.az-a istinadən xəbər verir ki, geniş fyüzelajlı, uzaq mənzilli təyyarə Şanxayda istehsal ediləcək. Bu barədə Rusiyanın sənayə və ticarət naziri Denis Manturov Çinə baş tutan səfərinin nəticələrinə dair mətbuat konfransında məlumat verib. Şanxayda Çinin "Comac" şirkətinin baş qərargahı yerləşir. Rusiya və Çin dövlətlərinin müştərək layihəsi 2025-2027-ci illərə qədər hazır olacaq. Layihə işləri Rusiyada baş tutacaq. Ümumi layihəyə 12-20 milyard dollar sərmayə yatırılacaq.

Xəbər xətti