Bakıda azyaşlını vuran motosikletçi qaçıb

16:07 - 3 Noyabr 2016 - HADİSƏ

Bakıda motosiklet piyadanı vurub. “Report”un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.
Rayonun M.Müşfiq küçəsində naməlum motosiklet Bakı şəhər sakini 2007-ci il təvəllüdlü Tunar Atakişiyevi vurub.
Xəstəxanaya yerləşdirilən T.Atakişiyev tibbi yardım alaraq evə buraxılıb.
Motosikletçinin axtarışları davam etdirilir.

Xəbər xətti