İşçilər yolu bağladı

14:21 - 3 Noyabr 2016 - Xəbər

Ermənistanın paytaxtı Yerevanda “Nairit” zavodunun keçmiş işçiləri etiraz aksiyası keçiriblər. Trend-in verdiyi məlumata görə, etirazçılar zavoda gedən yolu hərəkət üçün bağlayıblar.

Zavodun keçmiş işçiləri zavod rəhbərliyindən əmək haqlarının verilməməsi ilə bağlı yaranan cərimələrin ödənilməsini tələb edirlər.
Etiraz aksiyasının keçirildiyi əraziyə polis qüvvələri yeridilib.
Qeyd edək ki, “Nairit” zavodunun əməkdaşları son bir neçə il ərzində etiraz aksiyaları keçirərək əmək haqlarının verilməsini tələb ediblər. Bu cür aksiyalar hökumət evinin, eləcə də prezident iqamətgahının qarşısında keçirilib.

Xəbər xətti