Bakıda “Bayraq yürüşü” keçiriləcək

14:16 - 3 Noyabr 2016 - Xəbər

Noyabrın 5-də Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçiriləcək yürüşdə Nazirliyin, tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Xəbər xətti