Bu ilin 10 ayı ərzində 304 çoxmərtəbəli bina qazlaşdırılıb

12:47 - 3 Noyabr 2016 - Cəmiyyət

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2016-cı ilin yanvar-oktyabr ayları ərzində müvafiq sənədləri təqdim olunan 304 çoxmərtəbəli binaya təbii qazının verilməsi təmin edib. Ucnoqta.az SOCAR-ın saytına istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 8 772 mənzil var.
"Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Xəbər xətti