Hüseyn Bağırov Tovuzda vətəndaşlarla görüşüb

11:46 - 3 Noyabr 2016 - Xəbər

03 noyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir, şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa müddət ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Eyni zamanda vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.


Xəbər xətti