Yük maşınında arxiv sənədlər tapıldı - FETÖ-yə aid

11:45 - 3 Noyabr 2016 - HADİSƏ

Türkiyədə polisin keçirdiyi əməliyyat zamanı yük maşınından FETÖ-yə aid arxiv sənədlər tapılıb. “Qafqazinfo” xəbər verir ki, Türkiyə İş Adamları və Sənayeçiləri Konfederasiyasına (TUSKON) qarşı aparılan əməliyyatda FETÖ-çülərin arxiv sənədləri qaçırmaq istədiyi müəyyənləşdirib. Şübhəli maşını izləyən polislər İstanbulun Qartal bölgəsində yük maşınını saxlayıb və baxış zamanı TUSKON-a aid 50 qutu arxiv sənəd ələ keçirilib.

Bundan başqa, yük maşınında quruma aid mühasibat qeydləri, bütün rəsmi yazışmalar, FETÖ üzvlərinə aid vizalar aşkar edilib.
Bildirilir ki, maşından TUSKON sədri Rzanur Marala aid çoxsaylı şəxsi əşya, sənəd, gizli danışıqlarda istifadə olunan 65 sim kart, quruma aid rəqəmsal sənədlər də ələ keçirilib.

Xəbər xətti