Özünü körpüdən atmaq istəyən şəxsi - Məşhur müğənni xilas etdi

11:42 - 3 Noyabr 2016 - HADİSƏ

Ötən gün müğənni Yavuz Bingöl “15 iyul Şəhidlər Körpüsü”ndə intihara cəhdin şahidi olub. “Qafqazinfo” xəbər verir ki, ifaçı çəkilişə gedərkən gəncin özünü körpüdən atmaq istədiyini görüb. Bingöl maşından düşərək həmin şəxslə 10 dəqiqə söhbət edib. Müğənni gənci intihar etmək fikrindən döndərə bilib.

İfaçı məsələ ilə bağlı açıqlama yayıb. “Çox şey etmədim, intihar etmək istəyən gənci görərək maşından düşdüm. Pərəstişkarım olduğunu söylədi. Məni görüb sakitləşdi. Çəkilişlərə gecikdim, amma bir gənci xilas etdim. O, depressiyada olduğunu söylədi. Başqa bir məlumatım yoxdur”- deyə Bingöl qeyd edib. 

Xəbər xətti