Sabirabadda "Xaş-xaş 2016" əməliyyatı keçirilib

11:39 - 3 Noyabr 2016 - Xəbər

 Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub.  "Report"un məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı "Xaş-xaş 2016" kompleks tədbirlər planına uyğun əməliyyat həyata keçirib. Əməliyyat zamanı rayonun Əsgərbəyli kənd sakini  Rüstəm Qardaşəli oğlu Qarayevin evinə baxış keçirlən zaman oradan  53 ədəd kibrit qutusunda çəkisi 360 qram olan narkotik vasitə və açıq şəkildə qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır. 


Xəbər xətti