Sumqayıtda avtomobil teplovozla toqquşub: 1 ölü

11:32 - 3 Noyabr 2016 - HADİSƏ

Sumqayıt sakini avtomobil teplovoza vurub. DİN-nin saytında verilmiş xəbərə görə, noyabrın 3-də Sumqayıt şəhəri ərazisindəki qorunmayan keçiddə şəhər sakini İldırım Muradov idarə etdiyi "VAZ-2104" markalı avtomobili teplovoza vurub. Nəticədə onun sərnişini Abuzər Qocayev hadisə yerində ölüb. 
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti