Bacısının əri ilə qaçan qız: “Peşman deyiləm”

10:38 - 3 Noyabr 2016 - Cəmiyyət

Sentyabrın 23-dən itkin düşmüş, bacısının həyat yoldaşı Ələmdar Məmmədovla qaçdığı deyilən Cəlilabadın Məmmədrzalı kənd sakini, 15 yaşlı Aynurə Nağıyeva müsahibə verib. Ölkə.Az-ın suallarını cavablandıran Aynurə Nağıyeva bildirib ki, artıq bir neçə gündür ki, yaşadığı kəndə qayıtsa da, hələ də evlərinə getməyib. O, bunun əvəzində əmisinin evində qalmağa üstünlük verib. Bunun səbəbini isə belə izah edib: “Düşündüm ki, anamın, atamın qatili olaram. Onların ürəyi partlayar, ölüb eləyərlər, bu, mənim üçün çox pis olar”.

Amma bütün bunlarla yanaşı, Aynurə Nağıyeva etdiyi hərəkətdən peşman olmadığını deyib. O, bacısının əri ilə münasibətlərinin davam etməsini istəyib və öz doğma bacısının həyatını düşünmək istəmədiyini vurğulayıb: “Məni də başa düşün də, gərginəm”. 

Xəbər xətti