İki qatar toqquşdu: 11 ölü, 40 yaralı

10:13 - 3 Noyabr 2016 - HADİSƏ

Bu gün Pakistanın cənubunda yerləşən Karaçi liman şəhərində iki qatarın toqquşması nəticəsində ən azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "xəstəxanaya 11 meyit və 40 yaralı gətirilib", - deyə şəhər xəstəxanasının həkimlərindən biri bildirib. Agentliyin məlumatına görə, Karaçi ilə digər yaşayış məntəqələri arasında dəmiryolu əlaqəsi kəsilib. "Sinxua" xəbər verir ki, stansiyada dayanan sərnişin qatarına başqa bir qatar çırpılıb.

Faciə faktı ilə bağlı araşdırmalara başlanıb.

Xəbər xətti