Bakıda mənzildən 48 min dollar və 25 min manatlıq qızıl oğurlanıb

13:25 - 2 Noyabr 2016 - Xəbər

 Bakıda mənzildən oğurluq olub. Hadisə Xətai rayonu, N.Tusi küçəsi ev 14-dəki mənzillərdən birində baş verib.
Orada yaşayan 60 yaşlı Xuraman Hacıyevaya məxsus mənzilin qapısının kilidi sındırılıb. Mənzildən 48 min ABŞ dolları, 900 avro və təxminən 25 min manat dəyərində qızıl-zinyət əşyaları oğurlanıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.report

Xəbər xətti