Bakıda liftin trosu qırılıb, 8 nəfər xəsarət alıb

12:10 - 2 Noyabr 2016 - HADİSƏ

 Bakıda lift şaxtaya düşüb, xəsarət alanlar var. Hadisə Binəqədi rayonunda baş verib. Belə ki, İ.P.Dadaşov küçəsi 260 ünvanıda yerləşən 7 mərtəbəli binanın liftin trosunun qırılması nəticəsində liftdə olan 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.report

Xəbər xətti