Avtobus yük maşını ilə toqquşaraq aşdı, yaralılar var - Şabranda

11:08 - 2 Noyabr 2016 - HADİSƏ

Şabran rayonunda sənişin avtobusu yük maşını ilə toqquşub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Qəndab-Yalama avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Xaçmaz-Şabran sərnişin avtobusu "Ford" markalı yük maşını ilə toqquşub və avtobus aşıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Yaralıların olduğu bildirilir.

Xəbər xətti