Ermənistan Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsi üçün pul tapmır

10:59 - 2 Noyabr 2016 - Xəbər

Ermənistanın Müdafiə Nazirliyi yaralı əsgəri Avetis Zarqaryanın Hindistanda müalicəsi üçün pul tapmır. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, işğal altında olan Azərbaycan torpaqlarında gedən döyüşlərdə yaralanıb. Nazirlik məsələ ilə bağlı açıqlamasında A.Zarqaryanın Moskvadan Dehliyə 9 saatlıq uçuşa dözməyəcəyini də bildirib. Ermənistan KİV-i Müdafiə Nazirliyinin əsgərin müalicəsi ilə bağlı açıqlamasını məntiqsiz adlandıraraq, yazıb: “Açıqlamanın” məntiqi tam aydın deyil. Ona görə də təyyarə yaralını Moskvayadək apara bilərsə, o zaman niyə bu Dehliyədək mümkün deyil?!”

Xəbər xətti