"Mənə hekayəni danış"

14:16 - 1 Noyabr 2016 - Cəmiyyət

Azərbaycanda yaşayan milli icmaların həyat hekayələrini əks etdirən "Mənə hekayəni danış" adlı qısa metrajlı film hazırlanır. Bu layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır. “Mənə hekayəni danış” adlı layihənin əsas mövzusu sosial inteqrasiyadır. Layihə çərçivəsində Azərbaycanda yaşayan milli icmaların həyatı haqqında maraqlı hekayələri nəql edən film çəkiləcək. Azərbaycanın müxtəlif bölgələrində yaşayan millətlərin nümayəndələrindən toplanılacaq hekayələrdə milli azlıqların unikal mədəniyyəti, tarixi və cəmiyyətə mədəni inteqrasiyası kimi məqamlar əsas götürülür. Çəkilişlər Cənubi Qafqazın ilk Xəbər Televiziya Kanalı ARB 24 tərəfindən həyata keçirilir. Layihə rəhbəri isə AGAT sədr müavini Səbinə Əsədovadır. Filmin çəkilişlərinə artıq start verilib və ilin sonuna kimi ictimaiyyətə təqdim olunması gözlənilir. 
Qeyd edək ki, layihənin təşkilati dəstəyi olaraq Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) həyata keçirir.  

Xəbər xətti