Qubada yük maşını 3 nəfəri vurub

13:34 - 1 Noyabr 2016 - HADİSƏ

Quba rayonunda 3 piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Quba-Ərməki kənd yolunda qeydə alınıb. “QAZ 66” markalı avtomobil yolda dayanan 3 nəfəri vurub. Həmin şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Ərməki kənd sakinləri, 1967-ci il təvəllüdlü Daşdəmirov Mübariz Yadigar oğlu, 1973-cü il təvəllüdlü Mehrəliyev Rəsul Hafiz oğlu və 1962-ci il təvəllüdlü Süleymanov İdris Xalid oğludur.
Məlumata görə, xəsarət alanlar yolda nasaz olan avtomobili təmir etmək istəyirmişlər. 
Faktla bağlı Quba rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Xəbər xətti