"Standartlara cavab verməyən avtobuslar sərnişindaşımadan kənarlaşdırılacaq"

12:48 - 1 Noyabr 2016 - Xəbər

Bakıda sərnişindaşımada istifadə edilən avtobus bazasının təkmilləşdirilməsinə başlanıb. "APA-Economics" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, bununla bağlı nəzərdə tutulan tədbirlər planına əsasən ilkin mərhələdə istismarda olan bütün avtobusların qeydiyyatı aparılıb: "Növbəti mərhələdə isə avtobusların utilizasiyası həyata keçiriləcək. Bununla da texniki baxımdan yarasız olan və standartlara cavab verməyən avtobusların sərnişindaşımadan kənarlaşdırılması təmin ediləcək".

Xəbər xətti