Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı azalıb

16:59 - 31 Oktyabr 2016 - Xəbər

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 31 oktyabr tarixinə vergi borcu olduğuna görə 390 şəxsin ölkədən çıxması qadağan edilib. 28 oktyabr tarixinə isə bu rəqəm 391 nəfər idi. Ümumilikdə bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Xəbər xətti