PKK ilə atışma: 3 türk hərbçi öldü

16:57 - 31 Oktyabr 2016 - Xəbər

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub. Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 3 hərbçi ölüb, 1-i yaralanıb. PKK terrorçularından isə 4-ü zərərsizləşdirilib.
Hazırda dumanlı hava şəraitində atışma qısa fasilələrlə davam edir.

Xəbər xətti