AMEA magistratura səviyyəsi üçün plan yerlərinin sayını Nazirlər Kabinetinə göndərib

16:10 - 31 Oktyabr 2016 - Xəbər

 2016-2017-cı tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinə ayrılan plan yerlərinin sayı təsdiq edilməsi üçün Nazirlər Kabinetinə göndərilib. “Report”un xəbərinə görə, bunu AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib. Onun sözlərinə görə, akademiyanın magistratura səviyyəsi üzrə 38 ixtisas üzrə 133 yer sifariş verilib: “Bu da o deməkdir ki, plan yerlərinin sayı artıb. Nazirlər Kabineti plan yerlərini təsdiq etdikdən sonra qəbul həyata keçiriləcək. Siyahının bu ilin dekabr ayına qədər təsdiq olunması nəzərdə tutulur”.
Xatırladaq ki, 2015-2016-cı tədris ili üçün AMEA-nın magistratura səviyyəsinə 7 ixtisas üzrə 20 plan yeri ayrılıb. 

Xəbər xətti