Məktəblər bağlandı

15:26 - 31 Oktyabr 2016 - Xəbər

İtaliyanın paytaxtı Roma şəhərində məktəblər oktyabrın 31-də bağlanıb. "TASS" xəbər verir ki, bununla bağlı şəhər meri Virciniya Raci qərar qəbul edib. "Roma şəhər administrasiyası zəlzələnin vurduğu ziyanı araşdırmaq məqsədilə bütün təhsil müəssisələrində texniki yoxlama aparır", - deyə V.Raci "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. Məlumata görə, bir müddət əvvəl təbii fəlakət nəticəsində bir sıra tikililərə, o cümlədən tarixi binalara ziyan dəymişdi. Şəhər hökuməti metronu da bağlamışdı, ancaq bir müddət sonra onların hərəkəti bərpa olunub.

Xəbər xətti