Ailənin 14-cü övladı doğulub - Bərdədə

14:32 - 31 Oktyabr 2016 - MARAQLI

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu mətbuatdan gizli saxlayıb. Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: “13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum-əqrəbanın, dost-tanışın yanında utandırdılar”. Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb. Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.


Xəbər xətti