Sabaha olan hava məlumatı: yağış, qar

12:28 - 31 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Hava qeyri-sabit keçəcək: Bakıda yağış, rayonlarda qar yağacaq
 Noyabrın 1-dən 3-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 3-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. 

Xəbər xətti