DİN 265 əməkdaşını işdən çıxardı

12:31 - 28 Oktyabr 2016 - Xəbər

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Jandarm Komandanlığının 153, Sahil Mühafizə Xidmətinin isə 112 əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılıb.

"Anadolu" agentliyi xəbər verir ki, onlar FETÖ ilə dolayı və birbaşa əlaqədə şübhəli bilinirlər.
Məlumata görə, tutduqları vəzifədən uzaqlaşdırılan jandarmların 42-si zabit, 56-sı gizir, 30-u ixtisaslı çavuş, 17-si sıravi mütəxəssis, 8-i isə məmur, sahil mühafizə xidmətində işdən çıxarılanların 52-si zabit, 58-i gizir, biri ixtisaslı sıravi, biri isə məmur olub.

Xəbər xətti