Lənkəranda qanunsuz ov edən 2 nəfər saxlanılıb

12:22 - 27 Oktyabr 2016 - Xəbər

 Lənkəran rayonunda qanunsuz ov edənlərə qarşı reyd keçirilib. "Report"un məlumatına görə, reyd zamanı iki nəfərin qanunsuz ov etdiyi aşkarlanıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı rayonun Mamusta kənd sakinləri Samid Dadaşzadə və Rasif Əliyev saxlanılıb.
Qanunsuz ov edən şəxslərdən “TOZ-63” və “BUM” markalı ov tüfəngləri götürülüb.

Xəbər xətti