Hava limanının 13 əməkdaşı cəzalandırılıb

17:35 - 21 Oktyabr 2016 - Xəbər

Şanxayın Xunçyao beynəlxalq hava limanında yaranmış təhlükəli hadisə ilə əlaqədar Çinin mülki aviasiya administrasiyası (CAAC) hava limanının 13 əməkdaşını cəzalandırıb.

Ucnoqta.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, buna oktyabrın 12-də “China Eastern Airlines” şirkətinə məxsus iki avialaynerin uçuş zolağında toqquşma riskinin yaranması səbəb olub. Bildirilir ki, etdiyi manevrlərlə toqquşmadan qaça bilən pilot isə mükafatlandırılıb.

Xəbər xətti