Xudatda şərab sexində partlayış olub

16:52 - 21 Oktyabr 2016 - HADİSƏ

Xudat şəhərində partlayış qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə,  hadisə bu gün “Azərşərab” MMC-nin Xudat şəhərində yerləşən şərab sexində qeydə alınıb. Ümumi sahəsi 2000 kvadrat olan müəssisənin 100 kvadratmetrlik hissəsində olan partlayış nəticəsində müəssisənin bir divarı və yaxınlıqda yerləşən “Xudat” MMC-yə məxsus limonad sexinin 3 divarı uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Partlayışdan sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Partlayışın səbəbləri araşdırılır.

Xəbər xətti