Keçmiş "OMON"-çuların apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

16:44 - 21 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bakı Apellyasiya Məhkəməsində ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov və digərlər şəxslərin şikayəti üzrə məhkəmə prosesi başlayıb. Vəkil Elçin Sadıqovun APA-ya verdiyi xəbərə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib. 

Məhkəmə baxışı noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Bu Qaradağ rayon Məhkəməsində sabiq Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun müraciəti əsasında məhkəmə olub. Məhkəmə işin icraata qəbul edilməsindən imtina edib. Apellyasiya şikayəti həmin qərardan verilib. Hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər.

Xəbər xətti