“Şərq ölkələri”nə Atropatena, Albaniya da daxil idi

13:13 - 21 Oktyabr 2016 - KİVDF

“Aşşur və midiyalıların (madayların) hakimiyyəti dövründə bütün şərq xalqları içərisində ən az tanınmış xalq parfiyalılar idilər. Eəlcə də Şərq üzərində hökmranlıq midiyalılardan farslara keçdikdə bu xalq adı bilinməyən bir xalq kütlə-si kimi qaliblərin şikarına çevrildi. Daha sonra Şərq makedoniyalıların əlinə keçdikdə onlar makedoniyalılara tabe oldular. Odur ki, onların öz qəhrəmanlığı ilə bir vaxt qulları olduqları Şərq xalqlarını necə fəth edib onların hakiminə çevrildiklərinə təəccüb etməmək mümkün deyildir. Onlar üç dəfə başlarında böyük Roma sərkərdələrinin durduğu Roma qoşunlarının təcavüzünə məruz qaldılar. O zaman Roma özünün ən qüdrətli çağlarını yaşayırdı və yalnız bir xalq (parfiyalılar) onlara müqavimət göstərməyi və onlara qalib gəlməyi bacardı. Fəqət onlara yadelli düşmənlər üzərində qələbələrdən daha çox minlərlə şəhərlərə sahib olan və vaxtilə şöhrət sahibi olmuş  Aşşur, Midiya və Fars şahlıqlarından, eləcə Baktriyadan daha çox fərqlənə bilməsi şöhrət gətirmişdir. Üstəlik də onlar iskitlrin amansz hücumlarına məruz qalır, digər qonşuları ilə müharibələr aparırdılar. Bir sözlə, hər tərəfdən təhlükə ilə üz – üzə idilər.

O şəxsləri ki, daxili çəkişməlr nəticəsində İskitlər ölkəsindən (Kür və Araz ovalığındakı Sakasenadan) qovmuşdular (bardıqlar – partılar, yəni parfiyalılar) Qirkaniya (Xəzər dənizi) ilə daqlar (sak tayfalarından biri), apratanlar və marqianlar arasında, çöllük bir yerdə məskunlaşdılar. Sonra onlar öncə heç bir müqavimətə rast gəlmədən, daha sonra isə qonşuların müqavimətini qıra – qıra, öz torpaqlarını təkcə  geniş çöllüklər hesabına deyil, qayalıq və dağətəyi ərazilər hesabına genişləndirdilər.  Bu səbəbdəndir ki, parfiyalıların torpaqlarının bir hissəsində dözülməz istilər, başqa bir yerində isə sərt soyuqlar hakimdir: dağda əhali qardan, düzənlikdə isə nəfəs kəsən istilərdən əziyyət çəkirlər. Makedoniyalıların hakimiyyətindən azad olduqdan sonra Parfiyanı carlar(xaqan-lar)  idarə edir. Çarlara ən yaxın olan silk probullardır (? Kitabın bu yeri pozuq olduğundan kəlmə əslində oxunmur, odur ki, “probullar” sözü şərtidir). Müharibələr dövründə sərkərdələr, dinc vaxtlarda isə hakimlər (xanlar) bu silkin nümayəndələri olur.
Parfiyalıların dili İskit dili ilə midiyalıların dilinin ortasında olan bir dildir və ikisinin qarışığından yaranıb. Bir vaxtlar onlar özlərinə məxsus geyim geyərdilər. Varlandıqdan sonra isə midiyalıların şəffaf və qırışlarsız paltarlarına keçdilər. Silahları isə əcdadları iskitlərin silahları kimidir.”
Qısa şərh: Pompey Troq parfiyalıların dilini iskitlərin (işquzların) və midiyalılarn dilinin ortasında olan bir dil olduğunu söyləməklə, onların dilinin türk dilinin bir şivəsi olduğunu təsdiq edir. Bu dilin nə olduğunu isə biz yuxarıda nümunə kimi göstərdiyimiz Artaşesin sərhəd daşı üzərindəki yazıdan kimi gətirdiyimiz sitatdan artıq bilirik. Müəllifin söylədiklərindən bizim üçün ən çox marağa səbəb olan məsələlərdən birisi onun “Şərq” və “Şərq ölkələri” ifadələrindən istifadə etməsi və onlara aydınlıq gətirməsidir. Onun dediklərindən belə aydın olur ki, o dövrdə “Şərq” və “Şərq ölkələri” dedikdə Atropatena, Albaniya, Böyük Midiya, Persiya, Parfiya və Baktriya nəzərdə tutulurmuş. İndiki dillə desək, bugünkü İran, Azərbaycan, Əfqanıstan, Türkmənistan və Özbəkistan əraziləri nəzərdə tutulur. Bunu bildikdən sonra Azərbaycanın xristian – alban mənşəli tarixçisi Musa Kağankatlının nədən Albaniyanı “Şərq ölkəsi” adlandırdığı daha yaxşı anlaşılır. Eyni zamanda, böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddinin türklərin ulu babası Yafəsin (Olcayın) hakim olduğu ərazidən söhbət edərkən Türküstanla yanaşı, “Şərq ölkəlləri”nin adını çəkməsinin nə anlama gəldiyi məlum olur. Maraqlıdır ki, bu günün özündə də Azərbaycan türkləri, xüsusən də yaşlı nəsil arasında “biz şərqliyik”, “biz şərq millətiyik” kimi tanmlamalar çox yayğındır.
Sözügedən geniş ərazi (Şərq ölkələri) üzərində hakimiyyət uğrunda daim bu ərazidə yaşayan türklərlə, xüsusən də Azərbaycan türkləri ilə farslar arasında mübarizə getmişdir. Firdovsidən sonra farslar içərisində yayğın olan və hazrda İranda tarix dərsliklərində təbliğ edilən fikrə görə, bu ərazilər guya “Böyük İran” ərazisidir. Bu mövzu üzərində xüsusi durmağımızın və Parfiya dövlətinə bu qədər geniş yer ayırmağımızın səbəbi aşağıdakılardır:
1) Sözügedən geniş ərazi vaxtilə mərkəzi indiki Azərbaycan (Cənubi Azərbaycan) ərazisində olmuş Manna və Midiya dövlətlrinin tərkibində olmuşdur;
2) Atropatena və Albaniya dövlətləri bu geosiyasi məkanla sıx bağlı olmuş, sonrakı əsrlərdə vücuda gələn və həmin ərazini içinə alan türk mənşəli Parfiya, Səlcuqlular və Elxanlılar imperatorluqları dövründə Azərbaycan yenə mərkəzi əyalətə, yəni imperatorluğun mərkəzinə və başına çevrilmişdir;
3) İldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar iqtidarları dövründə Azərbaycan imperatorluğu sözügedən ərazinin böyük bir qismini, bəzən isə tamamını əhatə etmişdir.
Pompey Troq davam edir: “Parfiyalılara gəlincə, önlar öncələr Roma ilə dostluğa can atırdılar, amma buna baxmayaraq, onlara qarşı müharibəyə başlayan Krassdan müdafiə olunmağa məcbur olmuşdular. Eyni hal onların özlərinin müharibəyə başlayıb Pakoru Asiyaya qarşı göndərərkən də təkrarlanmışdır. Fəqət Ərməniyyə hökmdarının məsləhəti ilə hərəkət edən və sonda da onun xəyanəti ilə üzləşən (romalı) Antoni müharibədə uğursuzluğa uğradı. Pakorun varisi Fraat Sezar Avqustla dostluğa o qədər çox can atırdı ki, hətta parfiyaların Roma üzərində qələbəsinin rəmzi olan qənimətləri ona göndərmişdi. Danışıqlar aparmaq üçün Suriya perefekti Titini dəvət edən Fraat ona dörd oğlunu: Seraspadananı, Rodaspanı, Fraatı və Bononu iki arvadı və övladları ilə birlikdə girov verdi. Səbəb isə o idi ki, o, özünə qarşı sui-qəsd edilə biləcəyindən qorxurdu. Parfiya xaqanı yaxşı başa düşürdü ki, Arsaklar sülaləsindən kimsənin yardımı olmadan heç kəs ona qarşı mübarizədə uğur qazana bilməz. Çünki parfiyalılar bu sülaləyə istisnasız bağlı və sədaqətlidirlər. Elə bu səbəbdən də o öz oğullarını sürgün etdirdi ki, özünə qarşı pis fikirlərdə olanların bütün ümidlərini puça çıxarsın. Onun övladlarından sağ qalanlar bu gün də Romada şahlara layiq hörmət görərək dövlət hesabına yaşamaqdadırlar. Digər Parfiya xaqanları da Romaya elçilər göndərər və danışıqlar aparadılar.”
Qısa şərh:Bu sözlərdən göründüyü kimi, Arsaq sülaləsi parfiyallar, yəni saklar içərisində son dərəcə böyük nüfuz sahibi olmuşlar. Bu üzdən də Parfiya xaqanı Fraad öz oğullarını Romaya girov kimi göndərmişdi ki, ölkəsində özündən başqa bu sülalənin başqa bir üzvü qalmasın və heç kəs də ona qarşı üsyan qaldırmağa cəsarət etməsin.
Məlumat üçün bildirək ki, bu sülalənin nümayəndələri, fars – Sasanilər tərəfindən devrildikdən sonra da Ərməniyyədə (ərəb işğalına qədər) və Albaniyada (Mehranilərə qədər) uzun müddət hakim olmuşlar.
İosif Flaviy məsələni başqa cür şərh edir və yazır: “…Təqribən eyni dövrdə Parfiya xaqanı Fraat (Fərhad) oğlu Fraatakın əli ilə qətlə yetirildi. Bunun səbəbi isə bu idi: Baxmayaraq ki, Fraatın qanuni övladları var idi, o özünə Yuli Sezarın bir çox hədiyyələrlə birlikdə göndərdiyi Formusa adlı italik (italiyan) mənşəli bir kənizi arvad etmişdi. Əvvəllər o, kənizlə qeyri – qanuni yaşayırdı, lakin zamanla onun gözəlliyindən vəcdə gələrək onunla evləndi və onu özünə qanuni arvad etdi. Qadın ona Fraatakı doğdu.  Qadın tez bir zamanda xaqan üzərində güclü təsir qüvvəsi əldə etdi və öz oğlunu vəliəhd edə bilmək üçün əlindən gələni əsirgəmədi. Lakin o, başa düşürdü ki, Fraatın qanuni övladlarından qurtulmayınca buna nail ola bilməyəcək.  Bu səbəbdən də o, ərini öz qanuni övladlarını girov kimi Romaya göndərməyə dilə tutdu. Hər şey belə də oldu. (Fraat Formusaya heç bir şeydə etiraz etmək gücündə deyildi). Fraatak beləcə tək qalaraq, gələcək hakimiyyət üçün hazrlandırıldı. Bununla belə, Fraatakın taxta oturmaq üçün atasının ölümünü gözlməyə səbri çatmırdı və o, atasını, gəzən şayiəlrə görə, cinsi əlaqədə olduğu  anasının köməyi ilə öldürmək qərarına gəldi…).
Bəxtiyar Tuncay
(ardı var)

Xəbər xətti