Yol qəzasında 56 yaşlı qadın həyatını itirib - Qubada

10:53 - 21 Oktyabr 2016 - HADİSƏ

Gecə saatlarında Quba rayonunun Ağbil kəndi ərazisində “VAZ” və “Azsamand” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Dərhal FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1960-cı il təvəllüdlü Şamxalova Lida İlyasovanın meyitini və digər avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti