Siqaret çəkən meymun - FOTO

15:44 - 20 Oktyabr 2016 - MARAQLI

Şimali Koreyada fəaliyyət göstərən zooparkda yaşayan Azalea adlı şimpanze meymunu siqaret çəkir. Ölkə.Az xəbər verir ki, siqaret çəkən meymunun fotoları sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Azalea gündə 1 paket siqaret çəkir. Pyonqanq zooparkının sakini olan şimpanze çəkdiyi siqareti özü yandırır. Azalea çəkdiyi siqaretləri alışqanla, alışqan tapa bilməyəndə isə hələ sönməmiş siqaret kötüyü ilə yandırır. Heyvan haqlarının müdafiəsi ilə məşğul olan "PETA" təşkilatı bu xəbərə və fotolara sərt reaksiya verib.

Xəbər xətti