Biləcəridə küçədə qayıqla gəzirlər - VİDEO

15:41 - 20 Oktyabr 2016 - Cəmiyyət

Son günlər intensiv şəkildə yağan yağışın fəsadları hələ də bitməyib. “Qafqazinfo” xəbər verir ki, bir sıra ərazilərdə olduğu kimi, Biləcəri qəsəbəsində yeni yaşayış massivlərində də küçələri su basıb.

Qəsəbə sakinləri isə problemdən çıxış yolunu özləri tapıb. Onlar küçələrdə hərəkət etmək üçün qayıq düzəldib.
Qeyd edək ki, sosial şəbəkə istifadəçisi Anar Dadaşov qəsəbənin yeni salınmış yaşayış massivində "qayıq nəqliyyatından" istifadə edərkən çəkdiyi videonu hesabında paylaşıb. Videonu təqdim edirik:

 

Xəbər xətti