Bakıda “Çörək” festivalı keçirilib

15:19 - 20 Oktyabr 2016 - Xəbər

Bu gün Bakıda Beynəlxalq Kulinariya Günü münasibətilə ilk dəfə olaraq “Çörək” festivalı keçirilib. Tədbirdə Azərbaycanın 24 şəhər və rayonunu təmsil edən kulinarlar iştirak ediblər. Festivalda bölgələr üzrə ayrılmış yerlərdə hər bir bölgə üçün xarakterik olan çörək və çörək məhsullarının, əl işlərinin sərgisi təşkil olunub.
Festivalda Qırğızıstan, Türkiyə, Ukrayna və başqa ölkələrin kulinarları da iştirak ediblər.


Xəbər xətti