Cəbhə xəttində monitorinq keçirilib

14:56 - 20 Oktyabr 2016 - Xəbər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 20-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində şəxsi nümayəndənin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və YSPQ-in nümayəndəsi mayor Kristian Xirş keçiriblər.

Xəbər xətti